XİN: Nepalda bir Azərbaycan vətəndaşı xəsarət alıb
Xarici İşlər Nazirliyi (XİN) Nepalda baş vermiş zəlzələ ilə əlaqədar bu ölkədə olan Azərbaycan vətəndaşlarının vəziyyəti haqqında məlumat yayıb.
AzNews.info xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, XİN-in təlimatı əsasında Azərbaycanın Hindistandakı səfirliyi Nepalda baş vermiş təbii fəlakətlə əlaqədar Nepaldakı Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir.
İlkin məlumata görə, Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı arasında zəlzələ nəticəsində ciddi xəsarət halı qeydə alınmayıb.
Uşaqlardan biri yüngül sıyrıq xəsarəti alıb, hazırda vəziyyəti yaxşıdır.
Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycan Respublikasının Hindistandakı səfirliyi vəziyyəti diqqətdə saxlayır.
Qeyd edək ki, Nepalda baş verən 7,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2000-ə yaxınlaşır, 5000-dək yaralı var.
Mənbə:> APA