Nepalda zəlzələnin qurbanlarının sayı 1800 nəfəri keçib » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Dünya, Video

Nepalda zəlzələnin qurbanlarının sayı 1800 nəfəri keçib – VİDEO

Nepalda zəlzələnin qurbanlarının sayı 1800 nəfəri keçib


Ötən gün Nepalda baş vermiş güclü zəlzələ zamanı ölənlərin sayı 1805 nəfərə çatıb.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nepalın Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatına görə, təbii fəlakət nəticəsində 4718 nəfər xəsarət alıb.

Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.

Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Nepal hakimiyyəti ölkələrə humanitar yardımla bağlı müraciət edib.

Qeyd edək ki, bundan əvvəl Nepalda ən güclü zəlzələ 1934-cü ildə baş verib. 8,2 bal gücündə zəlzələ o zaman 10 000 nəfərin həyatına son qoyub.


Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *