Nepalda güclü zəlzələ
Nepalda növbəti dəfə güclü zəlzələ baş verib.
ANS PRESS-in məlumatına görə, yeraltı təkanların gücü Rixter şkalası ilə 7,1 bal olub. Bu haqda məlumatı ABŞ-ın Geoloji xidməti yayıb.
Seysmoloqların verdiyi məlumata görə, zəlzələnin episentri ölkənin şimalında Namçe-Bazar adlı yerdən 68 km qərbdə, 10 km dərinlikdə olub.
Hələlik dağıntı və ya təlafat barədə dəqiq məlumat verilmir.
Xatırladaq ki, aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində 8 min 200 adam həlak olmuş, minlərlə adam yaralanmışdı.
Dünyanın onlarla ölkəsi, o cümlədən Azərbaycan Nepala humanitar yardım göndərib.
Mənbə:> ANSPRESS