Rusiya humanitar yardım karvanını belə bombaladı – VİDEO
Hadisə nəticəsində üç nəfər ölüb.
Rusiyanın Suriyaya humanitar yardım aparan tırları bombalaması nəticəsində üç nəfər ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Rusiyaya aid döyüş təyyarələri Suriya-Türkiyə sərhədi yaxınlığında, Suriyanın Aziz qəsəbəsində humanitar yardım aparan karvanı vurub.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Mənbə:> Oxu.Az