BTC ilə 2,4 milyon tondan artıq Azərbaycan nefti nəql olundu
2015-ci ilin sentyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 440 min 509 ton Azərbaycan nefti nəql olunub.
Bu barədə Dövlət Neft Şirkətindən Oxu.Az-a bildirilib.
Şirkət bu ilin 9 ayında BTC ilə nəql edilən neftin həcmini ötən illə müqayisədə cüzi azaldıb:
“Belə ki, cari ilin 9 ayında bu kəmərlə 21 milyon 598 min 171 ton neft ötürülüb. Bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,2% azdır.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il oktyabr ayının 1-ə qədər BTC-yə 285 milyon 422 min 868 ton neft vurulub” - deyə, SOCAR-dan bildirilib.
Bundan başqa, 2015-ci ilin sentyabr ayında BTC kəməri ilə ümumilikdə 359 min 902 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.
Mənbə:> Oxu.Az