BMT: "Yardım edə bilmədik"
BMT Suriyaya humanitar yardım göndərə bilməyib.
Axar.az CNN-ə istinadən xəbər verir ki, buna səbəb Deyr əz-Zor şəhərində gedən qızğın döyüşlər olub.
BMT-nin rəsmi nümayəndəsi Farxan Xakın sözlərinə görə, Deyr Əz Zorun şərq hissəsində 200 minə yaxın qadın və uşaq köməksiz vəziyyətdə qalıb. Onlara təcili köməklik göstərməyin labüdlüyündən danışan Xak bu istiqamətdə hansı addımlar atılacağı haqda məlumat verməyib.
Mənbə:> Axar.az