Bakıda təcili tibbi yardım maşını tıxacda qaldı - VİDEO
AZNEWS.INFO xəbər verir ki, kadrlardan görünür ki, Bakının mərkəzi küçələrindən birində təcili tibbi yardım maşını öncə tıxacda qalır. Ardınca isə işıqforda keçmə növbəsi gözləyir. Həyəcan siqnalı və yanıb-sönən xəbərdarlıq işıqlarına baxmayaraq tıxacda və işıqfor növbəsində təcili tibbi yardım maşınına yol verən tapılmır.
Sosial şəbəkələrdə isə gənclər bu cür halların qarşısının alınması üçün təcili tibbi yardım maşınlarına yol verilmədiyi halda cərimə tətbiq olunmasını təklif edirlər. Bəzi gənclər isə hesab edir ki, təcili tibbi yardım maşınları bəzi hallarda ətrafdakıları aldadaraq heç bir səbəb olmadan həyəcan siqnalı verirlər ki, onlara yol verilsin və yollarına daha tez davam etsinlər. Məhz bu səbəbdən onlara bəzi hallarda yol verilmir.
Həmin kadrlara 8:07 - 9:42-ci dəqiqələr arasında baxa bilərsiniz.
Qeyd edək ki, "Şəbəkə" verilişi hər həftənin bazar günü yayımlanır.
Mənbə:> ANS TV