Haitidə humanitar yardım olan gəmini boşaltmağa qorxdular
Humanitar yardım yüklənmiş holland gəmisi Haitidən boşaldılmadan qayıdıb.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, heyət yerli hakimiyyəti təhlükəsizlik qaydalarına və gəmilərə xidmət normalarına riayət etməməkdə ittiham edib. Limanda humanitar yardımı yerində almaq istəyən yüzlərlə insan gözləyirdi.
Gəmiçilər bunun sıxlığa, hətta davaya səbəb olacağını düşünüblər.
Gəminin göyərtəsində 35 ton “Metyu” qasırğasından zərərçəkən insanlar üçün qida, geyim, gigiyena vasitələri var idi.
Mənbə:> Oxu.az