Georgi Qaxariya: İndi hər şey Azərbaycandan asılıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Georgi Qaxariya: İndi hər şey Azərbaycandan asılıdır

Georgi Qaxariya: İndi hər şey Azərbaycandan asılıdır

“Əgər strateji tərəfdaşımız olan Azərbaycan və SOCAR şirkəti bizə kifayət qədər təbii qaz verərsə, bizim “Qazprom”dan asılılığımız sıfıra bərabər olacaq.

Report xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya deyib.

Georgi Qaxariya: İndi hər şey Azərbaycandan asılıdır


Nazir bildirib ki, “Gürcüstan hökuməti yeni müqaviləni imzalamaqla “Qazprom”dan qaz almaq öhdəliyinə son qoyub. Bu da bizim enerji təhlükəsizliyimizə və siyasi müstəqilliyimizə xidmət edir. Biz istəsək, daha “Qazprom”dam qaz almaya bilərik. Yalnız, qazın Ermənistana nəqlinə görə “Qazprom”dan nağd pul alacağıq”.

“İndi hər şey Azərbaycandan asılıdır. Əgər strateji tərəfdaşımız olan Azərbaycan bizə lazım olan həcmdə “mavi yanacaq” verərsə, bizim “Qazprom”dan asılılığımız olmayacaq. İnanırıq ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır və bizi “mavi yanacaqla” tam təmin edəcək”, - deyə Qaxariya vurğulayıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *