Nazir müavini: Gürcüstan Rusiya qazını Azərbaycan qazı ilə əvəzləyə bilər » AzNews.info -Xəbər portalı

Nazir müavini: Gürcüstan Rusiya qazını Azərbaycan qazı ilə əvəzləyə bilər

Nazir müavini: Gürcüstan Rusiya qazını Azərbaycan qazı ilə əvəzləyə bilər

Bakı Tbilisiyə qazı çox sərfəli qiymətə satır.

Gürcüstan Rusiya qazının Azərbaycan qazı ilə dəyişdirilməsi imkanlarını nəzərdən keçirir.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə eksklüziv müsahibəsində Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR və Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlarda bu məsələ müzakirə edilir.

Gürcüstanın əsas qaz təchizatçısı Azərbaycandır. Rusiya qazının Gürcüstana tədarükü yalnız Ermənistana tranzit üçün ödəmə şəklində həyata keçirilir, ölkəyə qazın ümumi həcminin 10 faizi qalır. 2014-cü ildə “Qazprom” Gürcüstana 300 milyon kubmetr qaz tədarük edib.

Nazir müavininin sözlərinə görə, Gürcüstan hal-hazırda Rusiyanın “Qazprom” şirkəti ilə Ermənistana tədarük edilən qazın ödəməsini qazdan pula keçirmək imkanını müzakirə edir. Əsasən də Rusiyanın 2016-cı ildə tranzit üçün ödəməli olacağı məbləğ müzakirə edilir.

Valişvili bildirib ki, Ermənistana qaz tranzitinin şərtləri hər il müzakirə edilir, belə ki, müqavilə bir il müddətinə bağlanır.

Gürcüstanın Rusiyadan aldığı həmin 10 faiz qazı indi Azərbaycandan tədarük etmək planlaşdırılır.

Onun sözlərinə görə, belə əvəzləmənin imkanları bu həftə SOCAR ilə danışıqlarda müzakirə ediləcək. Amma ekspertlər Azərbaycandan Gürcüstana qaz tədarük edən boru kəmərlərinin tələb olunan həcmdə qazın nəqlinə hazırlıq dərəcəsini yoxlamalıdırlar.

O, həmçinin qeyd edib ki, Gürcüstanın qaza olan tələbatı ilbəil artır.

Nazir müavininin sözlərinə görə, tranzit müqabilində alınan Rusiya qazını tam olaraq Azərbaycan qazı ilə əvəzləmək mümkün olmayacaq. Gürcüstan qalan həcmi Rusiyadan birbaşa tədarük hesabına ödəyə bilər. Belə tədarük imkanları “Qazprom” ilə danışıqlarda müzakirə edilib, amma Rusiya tərəfinin təklif etdiyi qiymət yetərincə bahadır.

Valişvili qeyd edib ki, bu gün üçün hər hansı üçüncü ölkədən qazın tədarükü üçün infrastruktur yoxdur. Uzunmüddətli perspektivdə Gürcüstan qazın İrandan tədarükündə maraqlıdır, amma yaxın illər üçün bu məsələ gündəmdə deyil və Tehran ilə bu məsələ üzrə danışıqlar aparılmır.

Nazir müavini həmçinin bildirib ki, SOCAR ilə danışıqlar zamanı mövcud qaz infrastrukturunun texniki xarakteristikası, eləcə də Gürcüstanda bu infrastrukturun yeni obyektlərinin inşasında Azərbaycanın iştirak imkanları müzakirə edilib.

Gürcüstana tədarük edilən qazın dəyərinə dair məsələ müzakirə edilməyib, o, qeyd edib.

Eyni zamanda, Valişvili Azərbaycanın Gürcüstana qazı əlverişli qiymətə satdığını da vurğulayıb.

Nazir müavininin sözlərinə görə, “Qazprom” və SOCAR ilə hələlik heç bir razılaşma əldə edilməyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *