SOCAR Gürcüstana tədarük edilən qazın həcmini artırmağa çalışacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR Gürcüstana tədarük edilən qazın həcmini artırmağa çalışacaq

SOCAR Gürcüstana tədarük edilən qazın həcmini artırmağa çalışacaq


“SOCAR Corciya” şirkətinin rəhbəri Mahir Məmmədov “Şah-Dəniz 1” qazkəməri ilə Gürcüstana əlavə qazın tədarükünü istisna etmir.

Oxu.Az “Qruziya Online”a istinadən xəbər verir ki, bu barədə “SOCAR” şirkətinin Gürcüstandakı nümayəndəsi Mahir Məmmədov jurnalistlərə Gürcüsatnın baş naziri Georgi Kvirikaşvili və baş nazirin müavini, energetika naziri Kaxaber Kaladze ilə görüşdən sonra bildirib.

Onun sözlərinə görə, “SOCAR”ın cari boru kəmərinin kommersiya operatoru olduğundan irəli gələrək, belə bir imkan mövcuddur və qeyd edib ki, təbii qazın həcmini 7 milyon kubmetrə qədər artırmağa, eləcə də qışda pik həddə çatan tələbatın “Şah-Dəniz 1” vasitəsilə ödənilməsinə çalışacaqlar.

Məmmədov qeyd edib ki, görüşdə əsasən təbii qazın pik dövrdə tədarükünün texniki imkanları müzakirə edilib.

“Bu yeni ildə Georgi Kvirikaşvili ilə baş nazir kimi bizim ilk görüşümüzdür. Görüşdə hər iki tərəfdən yüksək rütbəli nümayndələr, o cümlədən “SOCAR” şirkətinin prezidenti və vitse-prezidenti iştirak ediblər.

Əsasən təbii qazın pik dövrdə tədarükünün texniki imkanları müzakirə edilib. Qışda tələbat artır, amma bu proqnozlaşdırıllır.

Biz çatışmazlığı texniki yolla aradan qaldırılması yollarını müzakirə etdik.

Biz ekspertlərimizin bu istiqamətdə birgə iş aparacaqlarına dair razılığa gəldik”, - Məmmədov bəyan edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *