SOCAR əhaliyə satdığı təbii qazın həcmini açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR əhaliyə satdığı təbii qazın həcmini açıqladı

SOCAR əhaliyə satdığı təbii qazın həcmini açıqladı


2015-ci ilin dekabr ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 21 651 yeni abonent qeydiyyata alınıb.

Bu barədə SOCAR-dan Oxu.Az-a bildirilib.

“Bunun da 4 498-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 17 153-ü isə regionların payına düşüb.

Ümumiyyətlə, ötən il əhali sektoru üzrə 104 309 yeni abonent qeydiyyata alınıb. Bu göstəricinin də 32 773-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 71 536-sı isə regionlar üzrə olub. Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 835 173-ə çatıb.

Ötən ilin dekabr ayında əhali sektoru üzrə 387 mln. 851 min 278 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 92,7% təşkil edib. Onu da qeyd edək ki, bu ilin yanvarın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 126 554 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub”, - deyə şirkətdən qeyd edilib.

Bundan əlavə, şirkətdən bildiriblər ki, 341 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *