SOCAR: “Azəriqaz” İB-də yığım səviyyəsi qənaətbəxşdir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR: “Azəriqaz” İB-də yığım səviyyəsi qənaətbəxşdir

SOCAR: “Azəriqaz” İB-də yığım səviyyəsi qənaətbəxşdir


2015-ci ilin iyun ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 127 yeni abonent qeydiyyata alınıb ki, bunun da 1 624-ü Bakı və Sumqayıt şəhərlərinin,eləcə də Abşeron rayonunun, 3 503-ü isə regionların payına düşüb.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən bildirilib.

“Həmin dövrdə əhali sektoru üzrə 72 537 868 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 136,5 % vəsait toplanıb. Qeyri-əhali sektoru üzrə isə 104 967 743 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 108,6 % vəsait toplanıb”-deyə, “Azəriqaz” qeyd edib.

Onu da qeyd edək ki, 2015-ci il iyulun 1-nə olan məlumata görə, əhali sektoru üzrə 123 964 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 324 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *