“Azəriqaz”ın qaz kəsmə “xəstəliyi” sağalmır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Azəriqaz”ın qaz kəsmə “xəstəliyi” sağalmır

“Azəriqaz”ın qaz kəsmə “xəstəliyi” sağalmır



Bundan sonra isə Xəzər, Abşeron və Binəqədi rayonlarının təbii qaz təchizatında problemlər yarandı. Həmin günlərdə Xəzər rayonunun Qala və Şüvəlan, Abşeron rayonunun Novxanı, Binəqədi rayonunun Biləcəri qəsəbələrinə də qaz verilməmişdi.

Ümumiyyətlə, son bir neçə ildir ki, “Azəriqaz” müntəzəm olaraq “təmir-quraşdırma, profilaktika, xətlərin birləşdirilməsi, mövsümi hazırlıq” kimi standart bəhanələrlə qazın verilməsini məhdudlaşdırır. Ən yaxşı halda isə qışda mavi yanacağa tələbatın artması, yayda qışa hazırlıq bəhanələri ilə qazın təzyiqi azaldılır.

“Azəriqaz”ın qaz kəsmə “xəstəliyi” sağalmır


Qazın qəzalar bəhanəsi ilə kəsilməsi haqqında qurumun açıqlamaları isə üst-üstə bir kitaba sığacaq qədər çoxdur. Elə Yeni Günəşliyə qazın verilməməsinə səbəb kimi ərazidə qəzanın baş verməsi göstərilib. Suraxanı rayonu, Zığ qəsəbəsinə, Xətai rayonu Xudu Məmmədov küçəsinə verilən qazın təzyiqinin azalmasının səbəbi isə ümumiyyətlə açıqlanmır.

Bəs “Azəriqaz”ın hər gün eyni bəhanələrlə qazın verilişinə məhdudiyyətlər qoymasının səbəbi nədir? Doğrudanmı hər gün yenilənmə işləri aparılır? Qəzaların tez-tez təkrarlanmasına səbəb nədir?

Virtualaz.org saytı “Azəriqaz”ın abonentlərin qazla təchizatını tez-tez bu kimi bəhanələrlə məhdudlaşdırmasının səbəbini ekspertlərdən öyrənməyə çalşıb.

“Azəriqaz”ın sabiq idarə rəisi Nüsrət Qasımovun sözlərinə görə, qaz təchizatı sistemi yüksək təhlükə mənbəyi olduğu üçün mütəmadi yoxlanılmalıdır: “Hazırda Bakıda 2,5 milyon əhali yaşayır. “Azəriqaz” isə 1,7 milyon abonentə xidmət göstərir. Sistemdə daim yoxlamalar, profilaktik işlərin aparılmasına ehtiyac var. Elə kəmərlər var ki, gündə iki-üç dəfə, bəziləri həftədə bir dəfə yoxlamadan keçirilməlidir”.

“Azəriqaz”ın qaz kəsmə “xəstəliyi” sağalmır[/center]

Ekspert deyir ki, qaz sızmasının qarşısını almaq məqsədilə kəmərlərin zədələnib-zədələnmədiyi yoxlanılır: “1960-cı ildə çəkilmiş qaz kəmərlərinin dəyişdirilməsi mümkün deyil. Çünki bu kəmərlər elektrik naqilləri, telefon xətti, su və kanalizasiya boruları ilə paralel çəkilib. Bu xətlərin dəyişdirilməsi mümkün deyil. Ona görə də qazın verilişinə məhdudiyyətlər qoymaqla kəmərlərə və digər avadanlıqlara baxış keçirilir”.

Uzun illərdir qaz qəza xidmətində çalışan Əhməd Rəhmanov da qazın verilişinə məhdudiyyətlər qoyulmasını təmir, qəza və digər problemlərlə yanaşı qaz xətti çəkilərkən texniki şərtlərə riayət edilməməsi ilə əlaqələndirir: “Burada korrupsiya, mənimsəmə faktları da var. Məsələn, hər məhəllədə xəttin üzərinə siyirtmə qoyulmalıdır. Bir siyirtmənin qiyməti uzaqbaşı 10-15 manat edir. Amma qaimələrdə qiymətlər dəfələrlə şişirdilir, üstəlik siyirtmələr də qoyulmur. Nəticədə baş verən kiçik qəzada bir məhəllənin əvəzinə bir neçə məhəllənin qazı verilmir. Xırda görünən detallar belə problemlərin yaranmasına səbəb olur. Xüsusilə də qaz təmir-tikinti idarələri texniki şərtlərə riayət etmirlər. Xəttin çəkilişi zamanı yeyinti faktlarına yol verilir, nəticədə abonent ziyan çəkir”.

Qeyd edək ki, məsələ ilə bağlı saytımıza açıqlama verən Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da təmir işləri adı altında qazın kəsilməsi hallarının inandırıcı olmadığını demişdi.

Hüquq müdafiəçisinin fikrincə, qazın verilməsinə tez-tez məhdudiyyətlər qoyulması, təzyiqin azaldılması ölkədə olan mövcud qaz itikiləri ilə bağlıdır.

Xatırladaq ki, qaz itkiləri ilə bağlı ötən il mətbuatda, eləcə də virtualaz.org saytında məlumatlar verilmişdi. Məlumata görə, “Azəriqaz” ötən il itkilərin 7,2 faiz olduğunu bildirsə də mövcud sənədlərdə bu rəqəm 18 faizdən az deyil. Bəzi bölgələrdə isə bu rəqəm 20-30 faizə çatır.

Onu da qeyd edək ki, 2009-cu ilin iyulunda İlham Əliyevin fərmanı ilə “Azəriqaz” SOCAR-ın tərkibinə qatılıb. 2013-cü ilin martında yenidən təşkilatlanma nəticəsində “Azəriqaz” yalnız qaz satışı ilə məşğul olur. Şirkətin 1,7 milyon abunəçisi var. Hazırda daxili bazarda 9 milyard kubmetr qaz paylanır.

Jalə Ağazadə

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *