“Azəriqaz” abonentlərə xəbərdarlıq etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Azəriqaz” abonentlərə xəbərdarlıq etdi

“Azəriqaz” abonentlərə xəbərdarlıq etdi


Bu gecə “smart kart” tipli qaz sayğaclarına pul yüklənilməsi üçün aparılan əməliyyatlarda fasilələr yaranacaq.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dan məlumat verilib.

Ölkə üzrə “Modenis” MMC-yə məxsus “eManat” və “Komtec” LTD-yə məxsus “MilliÖN” ödəmə terminallarının server sistemində yeni avadanlıqların quraşdırılması həyata keçirildiyi üçün bu gün saat 00:00-dan etibarən fevralın 3-ü saat 01:00-dək təbii qazdan istifadə məqsədi ilə “Smart kart” tipli qaz sayğaclarına pul yüklənilməsi üçün aparılan əməliyyatlarda 1 saatlıq fasilələr yaranacaq.

Birlik qeyd olunan zaman ərzində abonentlərdən ödəniş üçün alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *