Lənkəran susuz qalacaq
Lənkəran şəhərində iki gün su olmayacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Xanbulançay su anbarında aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar 27-28 yanvar 2015-ci il tarixlərində Lənkəran şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.
Mənbə:> ANSPRESS