Qaz olmayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Qaz olmayacaq

Qaz olmayacaq


Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Böyükşor”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “İvanovka” və “Rəncbər”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Şabran Taxtalar” və “Qobustan”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Lək” və “Katex”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq”, “Tərtər” və “Azadqaraqoyunlu”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Yuxarı Salahlı” Qazpaylama stansiyalarında, eləcə də Qaztənzimləmə məntəqələrində təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonun Rəncbər, Ucar rayonun Lək, Balakən rayonun Katex, İsmayıllı rayonun İvanovka, eləcə də Qazax rayonun Yuxarı Salahlı və Aslanbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Tərtər, Şabran və Qobustan rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *