Bakının bu rayonu susuz qalacaq
Səbail rayonunun bir hissəsində su olmayacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu 2-ci mədən ərazisində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su xəttinin köçürülməsi ilə əlaqədar 15 yanvar 2015-ci il tarixdə gün ərzində Səbail rayonunun Bibiheybət və Şıx qəsəbələrinə, həmçinin 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Mənbə:> ANSPRESS