Azərbaycan restoranlarında yenilik » AzNews.info -Xəbər portalı

Azərbaycan restoranlarında yenilik

Azərbaycan restoranlarında yenilik


Yaxın vaxtlarda Azərbaycan restoranlarında elektron menyular tətbiq ediləcək. Müştərilər yemək sifariş vermək üçün indiyədək istifadə olunan kitabçalar əvəzinə planşetlərdən istifadə edəcəklər.

Bu yenilik “Smart menyu” adlanan layihə çərçivəsində həyata keçiriləcək. Layihənin rəhbəri Təbriz Etayi bildirib ki, bu yenilikdə məqsəd restoranlarda xidmətin səviyyəsini yüksəltmək, xüsusilə də Azərbaycana səfər edən turistlərin restoran xidmətləri haqqında təsəvvürlərini dəyişməkdir. Elektron menyu həm restoran personalının, həm də müştərilərin işini yüngülləşdirəcək.

“Smart menyu” layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İKT Fondu) tərəfindən ayrılmış qrant hesabına reallaşdırılır.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *