İnternetə güzəşt olacaq
Azərbaycanda rabitə xidmətləri üzrə güzəşt kampaniyaları keçiriləcək.
ANS PRESS-in məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) müvafiq strukturlara rabitə xidmətləri üzrə güzəştli kampaniyaların keçirilməsi ilə bağlı mütəmadi olaraq tapşırıqlar verir.
Növbəti dəfə noyabr-dekabr aylarında əhaliyə təqdim olunan rabitə xidmətləri üzrə güzəşt kampaniyalarının təşkil olunması nəzərdə tutulur.
Bu, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən təsdiqlənən rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramının keçirilməsi və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə əlaqədar Tədbirlər Planında əksini tapıb.
Mənbə:> ANSPRESS