Elektron pul kisəmiz olacaq » AzNews.info -Xəbər portalı

Elektron pul kisəmiz olacaq

Elektron pul kisəmiz olacaq


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “GoldenPay” şirkəti ilə birlikdə ölkəmizdə yeni layihə olan “Elektron pul kisəsi”nin tətbiqinə hazırlaşır.

ANS PRESS-in Mərkəzə istinadən verdiyi məlumata görə, “Elektron pul kisəsi”ndən bütün növ elektron imza kartlarının sahibləri faydalana biləcəklər. Bunun üçün hesab MHM-də açılacaq.

“Elektron pul kisəsi” texnologiyası, o cümlədən onun prosessinqi Məlumat Hesablama Mərkəzinin proqram təminatı əsasında aparılacaq və heç bir xarici şirkətdən asılılıq olmayacaq. Bu texnologiyanın üstünlüklərindən biri də ondan ibarətdir ki, ödəniş prosesində vətəndaş hesabında qalan vəsaiti dərhal görə biləcək və kart məlumatları prosessinqə avtomatik ötürüləcək.

Layihənin ilin sonunadək istifadəyə verilməsi gözlənilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *