Azərbaycanda “Elektron pul kisəsi” » AzNews.info -Xəbər portalı

Azərbaycanda “Elektron pul kisəsi”

Azərbaycanda “Elektron pul kisəsi”


Bu ilin sonuna qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “GoldenPay” şirkəti ilə birlikdə ölkəmizdə yeni layihə olan –“Elektron pul kisəsi” layihəsinin tətbiqini planlaşdırır.

ANS PRESS-in Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istinadla verdiyi məlumata görə, “Elektron pul kisəsi” texnologiyasından bütün növ elektron imza kartlarının sahibləri faydalana biləcəklər.

Bunun üçün “Elektron hökumət” portalı (e-gov.az) və “rabita.az” saytlarında onlayn ödəniş prosesində kartların seçimi zamanı siyahıda “VİSA/VİSA Elektron” “Master Card/Maestro” kartlarından başqa “Elektron imza kartı” da göstəriləcək.

“Elektron pul kisəsi” üçün hesabın açılması MHM-də aparılacaq. Bunun üçün vətəndaş şəxsiyyət vəsiqəsini və onun adına olan istənilən növ elektron imza kartını təqdim etməli olacaq.

“Elektron pul kisəsi” texnologiyası, o cümlədən onun prosessinqi Məlumat Hesablama Mərkəzinin proqram təminatı əsasında aparılacaq və heç bir xarici şirkətdən asılılıq olmayacaq.

Bu texnologiyanın üstünlüklərindən biri də ondan ibarətdir ki, ödəniş prosesində vətəndaş onun hesabında qalan vəsaiti dərhal görə biləcək və kart məlumatları prosessinqə avtomatik ötürüləcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *