Kaladze: Gürcüstan Rusiyadan asılı olmayacaq
Gürcüstan Rusiya qazından asılı olmayacaq, bunu Gürcüstanın baş naziri, energetika naziri Kaxaber Kaladze Gürcüstanın Rusiyanın “Qazprom” şirkəti ilə qaz təminatı barədə danışıqları ilə bağlı suala cavab verərkən bildirib, Oxu.Az “Gruziya onlayn”a istinadən xəbər verir.
“Gürcüstanın Rusiyadan asılı vəziyyətə düşməmək üçün bir çox imkanları var. Reallıqdan çıxış edərək, bu məsələdə Gürcüstan üstün vəziyyətdədir”, - Kaladze bildirib.
Nazirin sözlərinə görə, faktiki olaraq Gürcüstana tədarük diversifikasiya edilib, belə ki, ölkə qazı müxtəlif mənbələrdən - Azərbaycanın SOCAR şirkətindən, Cənubi-Qafqaz qaz kəmərindən və tranzit üçün ödəmə kimi “Qazprom”dan alır.
“Gələcəkdə yəqin ki, əgər maraqlı olarsa təbii qazı Türkmənistan, İrandan ala bilərik, təbii ki, rəqabətqabiliyyətli qiymət mövcud olarsa”, - baş nazir “İmedi” teleşirkətinin birbaşa yayımlanan “Xronika” verilişində bəyan edib.
Daha öncə gürcü KİV-i Rusiya qazının Gürcüstandakı payının artırıla biləcəyi barədə məlumat yaymışdı.
Mənbə:> Oxu.Az