Canelidze: “Qazprom”dan əlavə həcmdə qaz almağa ehtiyac yoxdur » AzNews.info -Xəbər portalı

Canelidze: “Qazprom”dan əlavə həcmdə qaz almağa ehtiyac yoxdur

Canelidze: “Qazprom”dan əlavə həcmdə qaz almağa ehtiyac yoxdur


Gürcüstan hökumətinin əsas məqsədi əhalini stabil və fasiləsiz şəkildə təbii qazla təmin etməkdir.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycana rəsmi səfəri başa çatmış Gürcüstanın xarici işlər naziri Mixail Canelidzenin bəyanatında bildirilir.

Nazirin bəyanatında deyilir ki, əhalinin təbii qaza artan tələbatı Azərbaycan hesabına ödəniləcək və bununla bağlı Gürcüstan hökuməti ilə SOCAR arasında müvafiq sənəd imzalanıb:

“Bizim dostumuz və strateji tərəfdaşımız olan Azərbaycan Gürcüstana əlavə həcmdə qaz nəql edəcək. Bu, yaranmış defisitin bağlanması üçün kifayətdir”.

Rusiyanın “Qazprom” şirkəti ilə aparılan danışıqlara toxunan nazir bildirib ki, danışıqların predmeti Gürcüstan üzərindən Rusiya qazının Ermənistana tranzitinin şərtləri idi:

“Bu cür danışıqlar 2004-cü ildən etibarən aparılır. Bununla yanaşı, yaranmış defisitin Rusiya qazı hesabına bağlanması da müzakirə olunub. Lakin SOCAR-la əldə etdiyimiz razılaşmadan sonra “Qazprom”dan əlavə həcmdə qaz almağa ehtiyac yoxdur.

Bu razılaşma hesabına Gürcüstan əhalisi stabil və fasiləsiz olaraq qazla təmin olunacaq. Bu razılaşma hesabına ölkənin enerji təhlükəsizliyi də təmin olunacaq”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *