Tiflis: “Bakı əsas təbii qaz təchizatçısıdır”
Azərbaycan bizim strateji tərəfdaşımız və əsas təbii qaz təchizatçımızdır.
Report xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Mixail Canalidze Tbilisidə keçirilən “Gürcüstanın demokratik və iqtisadi inkişaf perspektivləri” adlı beynəlxalq konfransda söyləyib.
"Biz Azərbaycandan böyük həcmdə təbii qaz alırıq. Lakin texniki cəhətdən Azərbaycan bizi lazımi qədər mavi yanacaqla təmin edə bilmir. Buna görə də biz, əhalini təbii qazla təmin etmək üçün müxtəlif yollar axtarırıq. Rusiyanın “Qazprom” şirkəti ilə aparılan danışıqların da səbəbi məhz budur. Bu danışıqlar siyasi mahiyyət daşımır", - deyə o bildirib.
Mənbə:> Report.az