Gürcüstanın veteran diplomatları Azərbaycan qazını seçirlər » AzNews.info -Xəbər portalı

Gürcüstanın veteran diplomatları Azərbaycan qazını seçirlər

Gürcüstanın veteran diplomatları Azərbaycan qazını seçirlər


Gürcüstanın sabiq səfirlərini özündə birləşdirən “Diplomatlar klubu” bu ölkənin Energetika Nazirliyini Rusiyanın Qazprom şirkəti ilə aparılan danışıqlar barədə ictimaiyyətə məlumat verməyə çağırıb.

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə “Diplomatlar klubu”nun bazar günü yayılmış məlumatında deyilir.

“Bu yaxınlarda ictimaiyyətə dekabrın 27-də Sürixdə Gürcüstanın energetika naziri Kaxaber Kaladzenin Qazprom nümayəndəsi Yelena Burmistrova ilə (“Qazprom-Eksport”un rəhbəri) görüşü barədə məlum olub”, - bəyanatda deyilir.

“Diplomatlar klubu”nun bəyanatında deyilir ki, Gürcüstanın qazla təchizatı sıradan bir iqtisadi və ya kommersiya məsələsi deyil, eyni zamanda bu ölkənin suverenliyinə də birbaşa aidiyyatı olan məsələdir.

“Buna görə, biz hesab edirik ki, Gürcüstan hökuməti ilə Qazprom şirkətinin rəsmilərinin İsveçrənin Sürix şəhərində baş tutan gizli danışıqlarının detalları ictimaiyyətə açıqlanmalıdır. Bu, qısa müddət ərzində artıq dördüncü görüşdür (bundan öncə ötən ilin sentyabrında Brüsseldə, oktyabrda Milanda, dekabrda Lüksemburqda)”, - deyə bəyanatda bildirilir.

Sabiq səfirlərin əsas narahatlığı sonuncu görüşün gizli xarakter daşımasıdır:

“Əgər informasiya sızmasaydı, belə çıxır ki, hökumət bu gizli görüş barədə ümumiyyətlə, ictimaiyyətə məlumat verməyəcəkdi”.

“Diplomatlar klubunun” üzvlərini qiymətləndirilmələrinə görə, Gürcüstanın Energetika nazirıiyinin qaz təminatının diversifikasiyasına dair arqumentləri tənqidə davam gətirmir, belə ki, Azərbaycan yanacağının bazarda əvəzlənməsi enerji təhlükəsizliyinə ciddi zərbə vuracaq

Onların fikrincə Gürcüstan Azərbaycan qazını uyğun qiymətə əldə edir, bu qiymətlər Qazprom-un qiymətlərindən fərqlənir.

“Bununla yanaşı nazir Kaladzenin Gürcüstan üçün Azərbaycan təbii qazının həcminin yetərli olmamasına dair bəyanatı aydın deyil, belə ki, konkret faktlar və Azərbaycan prezidentinin birmənalı bəyanatları vəziyyətin əksini göstərir”, - sabiq səfirlər bəyan edib.

Hal-hazırda Gürcüstana təbii qazın tədarükü üzrə əsas təchizatçı Azərbaycandır. Respublikaya həmçinin Rusiya qazı da tədarük edilir, bu qaz Ermənistana tədarük edilməsinin ödənişi kimi təqdim edilir, ümumi tədarükün 10%-i Gürcüstanın payına düşür.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *