Tbilisi İran ilə təbii qazın tədarükünə dair danışıqları təsdiq etdi
Gürcüstanın Energetika Nazirliyi bəyanat yayıb.
İran tərəfi ilə Ermənistan üzərindən Gürcüstana qaz tədarükü barədə konkret razılaşma mövcud deyil.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüsatnın Energetika Nazirliyinin bəyanatında bildirilib.
“Kütləvi informasiya vasitələrində İranın Ermənistan üzərindən Gürcüstana 8-15 milyon kubmetr elektrik enerjisinin istehsalı üçün təbii qaz tədarükünə başlaması ilə bağlı məlumat yayılıb.
Bununla bağlı qeyd etmək lazımdır ki, hazırkı mərhələdə İran tərəfi ilə təbii qazın tədarükü ilə bağlı konkret razılıq mövcud deyil. Təbii ki, təbii qazın tədarükü məsələsi də həll olunmayıb.
Onu da qeyd etmək lazımdır ki, İran dünyanın ən iri qaz istehsalçısıdır və regiondakı bütün potensial tədarükçülərlə danışıqları davam etdirir. Məqsəd Gürcüstanı uzunmüddətli perspektivdə stabil və fasiləsiz olaraq təbii qazla təchiz etməkdir”, - deyə bəyanatda deyilir.
İran KİV-ləri isə bildirir ki, İran Ermənistan vasitəsilə Gürcüstana təbii qazın nəql edilməsi üçün rəsmi Tbilisi ilə danışıqlar aparır.
İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamili bildirib ki, Gürcüstanla əldə olunmuş razılığa əsasən İran qazı Ermənistanla sərhədədək çatdıracaq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır.
“Bununla yanaşı razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır. Qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir”.
Mənbə:> Oxu.Az