Təbii qazın vəziyyəti müzakirə olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Təbii qazın vəziyyəti müzakirə olunacaq – FOTO

Təbii qazın vəziyyəti müzakirə olunacaq


Noyabrın 23-də Tehranda Qaz İxracatçısı Dövlətlərin Forumunun (QİDF) toplantısı keçiriləcək.

Bu barədə məlumat verən İranın neft naziri Bijən Nəmdar Zəngənə bildirib ki, dünya təbii qaz bazarındakı tələb və təklifdə müşahidə edilən dəyişiklərlə əlaqədar toplantıya QİDF-ə üzv olan dövlətlərin rəhbərləri dəvət edilib. Tədbirdə dünya təbii qaz bazarındakı vəziyyət, təbii qaz ixracının artırılması ilə yanaşı tələbat və təklifin tənzimlənməsi, qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər müzakirə ediləcək. Toplantı çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.


Təbii qazın vəziyyəti müzakirə olunacaq

B.Zəncənə nəzərə çatdırıb ki, İran toplantıda Azərbaycanla birgə qaz əməliyyatlarının aparılması məsələsini müzakirə edəcək.

QİDF-nin mənzil-qərargahı Qətərin paytaxtı Doha şəhərində yerləşir. Rusiya, Qətər, Əlcəzair, Boliviya, Misir, Liviya, Venesuela, Peru, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya Forumun aparıcı üzvləridir, Hollandiya, Qazaxıstan, Norveç və İraq Forumun müşahidəçi üzvləridir. Dünya qaz istehsalının 42 faizi QİDF dövlətlərinin payına düşür. Bu dövlətlər dünya qaz ehtiyatının 70 faizinə malikdirlər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *