Türkdilli dövlətlərin rəsmiləri Astanaya toplanır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Türkdilli dövlətlərin rəsmiləri Astanaya toplanır

Türkdilli dövlətlərin rəsmiləri Astanaya toplanır


Sabah Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclası keçiriləcək.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanı təmsil edəcək nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rəhbərlik edəcək.

İclas çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın milli televiziya kanalları arasında əməkdaşlıq protokolunun imzalanması, türkdilli dövlətlərin xəbər agentlikləri arasında əməkdaşlıq memorandumunun təsdiq olunması və quruma üzv dövlətlərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin beynəlxalq auditoriyaya düzgün çatdırılmasının təmin edilməsi məqsədi ilə Beynəlxalq Türk Xəbər Kanalının yaradılması, informasiya sahəsində müxtəlif aspektlər üzrə birgə fəaliyyətin daha da genişləndirilməsi kimi vacib məsələlər müzakirə ediləcək.

Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında imzalanması təklif olunan “İnformasiya və Media üzrə Birgə Əməkdaşlıq Protokolu” layihəsinin nəzərdən keçirilməsi və müvafiq qərarın verilməsi də iclasın gündəliyinə daxil edilən məsələlər arasındadır.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *