Ərdoğan Astanaya gedir
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan aprelin 16-da Qazaxıstana rəsmi səfər gedəcək və həmkarı Nursultan Nazarbayev ilə görüşəcək.
ANS PRESS xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin saytında məlumat yer alıb.
Bildirilir ki, dövlət başçılarının planlaşdırılan danışıqlarında iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də regional və beynəlxalq məsələlər barədə geniş müzakirələr aparılacaq.
Həmçinin rəsmi səfəri çərçivəsində Qazaxıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçiriləcək. İclasda prezidentlər Rəcəb Tayyip Ərdoğanın və Nursultan Nazarbayevin iştirakı nəzərdə tutulub.
Mənbə:> ANSPRESS