Avropa qazı ABŞ-dan alacaq
ABŞ-dan Avropaya təbii maye qazın birinci partiyası Litvadakı terminala 2016-cı ilin fevralında çatdırılacaq, Reuters agentliyi bu sahədəki mənbəyə istinadən məlumat yayıb.
Oxu.Az xəbər verir ki, ölkələr arasında danışıqlar davam edir. Təbii maye qazın ABŞ-dan ixracı 2019-cu ildə ilə 60 milyon tona çata bilər.
Qaz bu ilin yanvarından Klaypedə işləməyə başlayan “Müstəqillik” terminalına daxil olacaq. 2019-cu ildə bu terminaldan ildə 60 milyon ton qazın nəql ediləcəyi gözlənilir. Terminala tədarük Norveçin Statoil şirkəti tərəfindən həyata keçirilir.
Litgas şirkəti ilə müqaviləyə əsasən, Statoil beş il ərzində Litvaya Kalypedəki terminala 540 milyon kubmetr qaz tədarük etməlidir. Müqavilənin dəyəri təxminən 868 milyon avro dəyərində qiymətləndirilir.
Litgas və Amerikanın Cheniere Energy şirkəti arasında razılaşma 2015-ci ilin fevralında imzalanıb. ABŞ-da 40 il ərzində ilk təbii maye qazın ixrac terminalının inşaatı ilə məhz Cheniere Energy məşğul olur.
Avropa İttifaqı hakimiyyəti Amerikanın təbii maye qazını Avropaya qaz tədarükünün diversifikasiyasının təminatına istiqamətlənmiş həll yollarından biri hesab edirlər. Hal-hazırda Norveç və Böyük Britaniyada əldə edilən hasilatdan başqa, Avropaya qaz Rusiya, Əlcəzair və Qətərdən tədarük edilir.
Xəbər verildiyi kimi Azərbaycandan qaz tədarükünün boru kəmər layihəsi planlaşdırılıb.
Oktyabrın ortasında Litva, Latviya, Estoniya və Polşa razılıq əldə ediblər, əldə edilən razılığa əsasən, Mərkəzi Polşadan Litvanın cənubi şərqinə qədər 534 km uzunluqda qaz kəməri inşa ediləcək.
Qaz kəmərinin gücü ildə 2,4 milyard kubmetr və ehtiyatda 1 milyard kubmetrdən ibarət olacaq. O, Avropanın qaz nəqliyyatı sistemini Baltikanın üç ölkəsi ilə, o cümlədən də təbii maye qazın qəbulu üzrə terminalı birləşdirəcək.
Bu layihə Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin bəyan etdiyi kimi, Baltikyanı ölkələrin energetik təcridinə son qoymalı və enerjinin Avropada azad hərəkətini təmin etməlidir.
Mənbə:> Oxu.Az