“BP-Azerbaijan” Azərbaycandan çıxardığı qazın həcmini açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

“BP-Azerbaijan” Azərbaycandan çıxardığı qazın həcmini açıqladı

“BP-Azerbaijan” Azərbaycandan çıxardığı qazın həcmini açıqladı



Şahdəniz yatağından 2015-ci ilin I rübü ərzində 2,6 milyard kubmetr qaz, 0,6 milyon ton isə kondensat hasil olunub.

Oxu.Az-a bu barədə “BP-Azerbaijan”dan məlumat verilib.

Şirkətin məlumatına görə, 3 ay ərzində Şahdəniz yatağı üzrə əməliyyat məsrəfləri 120 milyon dollar, əsaslı məsrəflər isə 1,08 milyard dollar təşkil edib.

Bundan başqa şirkət qeyd edir ki, Şahdəniz Mərhələ 1 maksimum sabit hasilat gücü ilə işləməyə davam edib. Şahdəniz Mərhələ 2 və CQBKG (Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi) layihələri plana uyğun olaraq irəliləyib. Şahdəniz Mərhələ 2 və CQBKG üzrə tikinti işlərinə Azərbaycanda 10 000-dən çox insan cəlb olunub.

Məlumat üçün bildirək ki, Şahdəniz (ŞD) yatağı 1999-cu ildə kəşf edilib. Kollektorda 40 trilyon kub fut – 1 trilyon kub metr qaz ehtiyatı ilə bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir.

Şahdəniz yatağını özünün Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) tərəfdaşları adından BP şirkəti işlədir.

Şahdəniz - struktur etibarilə qeyri-korporativ Birgə Müəssisə (BM) ortaqlığıdır. BP şirkəti Şahdəniz BM-in operatorudur. Birgə müəssisənin tərəfdaşları aşağıda qeyd edilib.

Şahdəniz Mərhələ 1 üzrə əməliyyatlara 2006-cı ildə başlanılıb. Mərhələ 1 üzrə maksimum hasilat ildə 9 milyard kub metr qaz (mlrd.km/il) və gündə 50000 barel kondensat təşkil edir. BP şirkəti və Şahdəniz tərəfdaşları bu vaxtadək Şahdəniz Mərhələ 1 layihəsinə 9 milyard ABŞ dolları dəyərində investisiya yatırıb.

2014-cü il ərzində yataqdan 9,9 milyard standart kubmetr qaz və 2,3 milyon ton (18,7 milyon barel) kondensat hasil edilib.

2014-cü ildə mövcud Şahdəniz qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırıldı.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *