Cənubi Qafqaz Boru Kəmərinin fəaliyyətinə 50 milyon dollar xərclənib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Cənubi Qafqaz Boru Kəmərinin fəaliyyətinə 50 milyon dollar xərclənib

Cənubi Qafqaz Boru Kəmərinin fəaliyyətinə 50 milyon dollar xərclənib


2014-cü ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 50 milyon dollar əməliyyat xərcləri və 0,9 milyard dollar əsaslı xərclər sərf edilib.

Bu barədə Oxu.Az-a “BP-Azerbaijan”dan məlumat verilib.

“CQBK-nın gündəlik orta ötürücülüyü 18 milyon 286 min kubmetr qaz olub”- deyə, şirkətin 2014-cü il üzrə hesabatında deyilir.

Qeyd edək ki, 2013-cü ildə də proqnozlaşdırılırdı ki, 2014-cü ildə CQBK-nin fəaliyyətinə çəkilən xərclərin həcmi 50 milyon dollar olacaq.

Məlumat üçün bildirək ki, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. Sərməyadarları isə BP (operator – 28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Statoil (15,5%), LUKOİL (10%), NİKO (10%), və TPAO (19%) (2013-cü ildə 9%) şirkətləridir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *