Türkiyə Rusiya qazını Azərbaycan qazı ilə əvəz edir
Ankara təbii maye qazın əlavə tədarükü məsələsini nəzərdən keçirəcək.
Əgər Rusiya Türkiyəyə təbii qaz tədarükünü dayandırarsa, Ankara Azərbaycandan və İrandan qazın idxalını artıracaq.
Bu barədə Türkiyənin baş nazirinin müavini Mehmet Şimşek deyib, TRT Haber telekanalı çərşənbə axşamı məlumat yayıb.
AzNews.info Trend-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Ankaranın təbii maye qazın əlavə tədarükü məsələsini nəzərdən keçirəcəyi də istisna edilmir.
Türkiyəyə idxal edilən qazın 50%-i Rusiyanın payına düşür.
Qeyd edək ki, noyabrın 24-də Türkiyə Hərbi hava qüvvələri Rusiyanın Su-24 hərbi təyyarəsini vurub. Bu hadisədən sonra iki dövlət arasında münasibətlər pisləşib.
Türkiyə qazı Azərbaycandan Cənub Qafqaz (Bakı-Tbilisi-Ərzurum) qaz kəməri vasitəsilə idxal edir. Türkiyə Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağından ildə 6,6 milyard kubmetr qazın alınmasına dair müqaviləyə malikdir.
Mənbə:> Trend