Təbii qazla bağlı texniki şərtləri “ASAN xidmət” verəcək » AzNews.info -Xəbər portalı

Təbii qazla bağlı texniki şərtləri “ASAN xidmət” verəcək – VİDEO

Təbii qazla bağlı texniki şərtləri “ASAN xidmət” verəcək


Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda təbii qaz təminatı ilə bağlı bütün texniki şərtlərin istehlakçılara verilməsi prosesi “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək.

AzNews.info Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu gün Zaqatala rayonunun Mosul kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə bildirib.

R.Abdullayev qeyd edib ki, bunun üçün hazırda “ASAN xidmət”lə danışıqlar aparılır:

“Bu, əhalinin rahatlığının təmin olunması məqsədi daşıyır. Əhalinin müraciətləri, heç bir əlavə yerə müraciət etmədən “ASAN xidmət” mərkəzlərində tez bir zamanda həll olunacaq. Həmçinin, heç bir pul ödəmədən texniki şərtlər “ASAN xidmət” vasitəsilə həyata keçiriləcək”.

Mərasimdə şirkət prezidenti qeyd edib ki, Azərbaycanda 100-dən çox əhalisi olan kəndlərin 90%-i qazlaşdırılıb:

“Bu gün Mosul kəndinin qazlaşdırılması ilə Zaqatalının 24 kəndi, bu ilin əvvəlindən isə 8 yaşayış məntəqəsi “mavi yanacaq”la təmin olunub”.


Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *