Putin Stiven Siqala Rusiya vətəndaşının pasportunu şəxsən təqdim edib
Rusiya prezidenti Vladimir Putin amerikalı aktyor Stiven Siqala şəxsən RF vətəndaşının pasportunu təqdim edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə cümə günü, noyabrın 25-də, TASS nəşri yazır.
“Mən sizi təbrik edirəm və ümid edirəm ki, bu balaca hədiyyə bizim ölkələr arasındakı münasibətlərin normallaşmasının əlaməti olacaq”, - Rusiya lideri aktyorla görüşü zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Rusiya vətəndaşlığı aktyora peşəkar planlarını həyata keçirməsinə və Rusiyada dostları ilə əlaqə saxlamasına kömək edəcək.
Mənbə:> Oxu.Az