Putin Roy Consa Rusiya vətəndaşlığı söz verdi
Rusiya prezidenti Vladimir Putin məşhur amerikalı boksçu Roy Consa Rusiya vətəndaşlığı verməyi söz verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Putin idmançı ilə avqustun 19 Sevastopolda keçirdiyi görüş zamanı deyib.
“Əgər siz həyatınızın böyük hissəsini Rusiya ilə fəaliyyətə həsr edəcəksinizsə, onda biz sizin xahişinzi məmnuniyyətlə yerinə yetirərik”, - Putin boksçunun Rusiya pasportu almağı arzusuna cavab verib.
Roy Cons isə öz növbəsində idmanın ABŞ və Rusiya arasında körpü qurmağa kömək edəcəyinə ümid etdiyini bildirib.
Mənbə:> Oxu.Az