Saakaşvili Putinə cavab verdi
Ukraynanın Odessa vilayəti dövlət administrasiyasının rəhbəri Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin əcnəbi vətəndaşlarının Ukrayna hökuməti və regional hakimiyyət orqanlarına təyin edilməsinin Ukrayna üçün rüsvayçılıq olması barədə sözlərinə cavab verib.
Oxu.Az xəbər verir ki, bu barədə Saakaşvili şəxsi Facebook profilində yazıb.
“Vladimir Putin Krıma qanunsuz səfəri zamanı əcnəbilərin Ukraynada təyinat alması ilə bağlı təəssüfləndiyini bildirib. Bəlkə mən qarışıq salıram, amma bu həmin Putin deyil ki, 30 il ölkəni idarə etmiş gürcüyə (Stalini nəzərdə tutur – red.) həmişə çox müsbət yanaşıb və hazırda da onun üçün darıxır?” – deyə, o, bildirib.
Xatırladaq ki, avqustun 17-də Rusiya prezidenti Vladimir Putin işğal olunmuş Krıma səfər edərək, burada xarici vətəndaşlara hökumət və regional hakimiyyət orqanlarında yer verən Ukrayna rəhbərliyini tənqid edib.
Mənbə:> Oxu.Az