Putin Stiven Siqal ilə döyüşməkdən imtina etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, İdman

Putin Stiven Siqal ilə döyüşməkdən imtina etdi

Putin Stiven Siqal ilə döyüşməkdən imtina etdi


Çin Xalq Respublikasının Dövlət Şurasının baş nazirinin müavini Van Yanq Rusiya prezidenti Vladimir Putinə amerikalı aktyor Stiven Siqal ilə rinqdə qarşılaşmağı təklif edib.

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, təklif Rusiya liderinin Russki adasında okeanariuma baxmağa gələrkən, cümə günü sentyabrın 4-də edilib.

Onu Primoryenin qubernatoru Vladimir Mikluşevski Çin nümayəndə heyətinin üzvü və aktyorun özü qarşılayıb.

Binaya daxil olmazdan öncə Van Yanq Putin və Siqalın döyüş növlərilə məşğul olmaqda maraqlarının üst-üstə düşdüyünü qeyd edib, onlara rinqdə görüşməyi təklif edib.

“Mən bunu etməzdim”, - Putin deyib.

Putin 11 yaşından sambo və cüdo ilə məşğul olur. 2006-cı ilin sentyabr ayından Avropa Cüdo İttifaqının fəxri prezidenti, 2010-cu ildən isə Cənubi Koreyanın Yönin universitetinin “Cüdo üzrə doktor” diplomunu alıb. Putin sambo üzrə idman ustası adını alıb və dəfələrlə bu döyüş növü üzrə Sankt-Peterburqun çempionu olub. Onun karate üzrə qara kəməri var.

Siqal yeddi yaşından döyüş növləri ilə məşğuldur və 20 ilə yaxın Yaponiyada yaşayıb. Orada aykido müəllimlərindən dərs alıb və özü də dərslər verib. Aktyor bu döyüş növündə yeddinci dana sahibdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *