Putinə karate üzrə yeni dan verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, İdman, Dünya

Putinə karate üzrə yeni dan verildi

Putinə karate üzrə yeni dan verildi


Rusiya prezidenti Vladimir Putin karate üzrə növbəti dan sahibi olub.

ANS PRESS-in məlumatına görə, Beynəlxalq karate-do Kekusin-kan təşkilatının Beynəlxalq komitəsi Rusiya prezidenti Vladimir Putinə yüksək ustalıq dərəcəsi olan səkkizinci dan verib. Belə bir qərarın qəbul olunması barədə rəsmi məktubu Beynəlxalq Kekusin-kan təşkilatının prezidenti Xatsuo Royama göndərib.

Yaponiya çempionu, karate-do kekusin üzrə usta olan Xatsuo Royamo dəfələrlə Moskvada olub. 2001-ci ildə Royamo Vladimir Putinə Kekusin-kanın beşinci danını təqdim edib. 2009-cu ildə bunu yeddinci dana kimi qaldırıblar. 2000-ci ildə Rusiya prezidentinin Yaponiyaya səfəri zamanı ona üzərində qızıl saplarla adı yazılmış kimono və qara kəmər təqdim olunmuşdu.

Yaponiyalı karate kan ustalarının Rusiya prezidentinə bu diqqəti təsadüfi deyil. Putin özü şərq təkbətək döyüş növlərilə məşğul olur və onların tanıdılması üçün çox şey edir. O, həmçinin cüdo və sambo idmanları üzrə masterdir. 2013-cü ildə Putin Koreya təkbətək döyüş növlərindən olan taekvondo üzrə fəxri doqquzuncu danın sahibi olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *