Putin: Rusiya Türkiyə ilə münasibətləri bərpa etmək istəyir
Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətləri bərpa etmək istədiyini bildirib, Oxu.Az TASS-a istinadən xəbər verir.
“Biz Türkiyə tərəfindən konkret addımlar gözləyirik. Lakin hələlik bu yoxdur”, - Rusiya prezidenti Yunanıstanın Baş naziri Aleksis Tsiprasla görüşdən sonra mətbuat konfransında çıxışı zamanı deyib.
Putin qeyd edib ki, rəsmi Ankara iki ölkə arasında münasibətlərin normallaşmasının tərəfdarı olduğunu bəyan edib. “Biz də münasibətləri bərpa etmək istəyirik. Onları biz pozmamışıq”, - o deyib.
Putinin sözlərinə görə, Rusiya Rusiya müxtəlif kanallarla Türkiyə ilə əlaqədədir.
Mənbə:> Oxu.Az