Putin Mutkoya ingilis dilini öyrənmək üçün kitab bağışladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, İdman

Putin Mutkoya ingilis dilini öyrənmək üçün kitab bağışladı

Putin Mutkoya ingilis dilini öyrənmək üçün kitab bağışladı


Rusiya prezidenti Vladimir Putin ölkənin idman naziri Vitaliy Mutkonu ad günü münasibəti ilə təbrik edib və ona ingilis dilini öyrənmək üçün kitab hədiyyə edib.

Oxu.Az-ın məlumatına görə, Putin hədiyyəni idmanın inkişafı üzrə Prezident Şurasının və “Rusiya-2018” Təşkilat Komitəsinin Müşahidə Şurasının birgə təşkil edilmiş iclasının açılışında edib.

“Görüşümüzü xoş bir hadisə ilə başlamaq istəyirəm - bu gün Vitaliy Leontyeviç Mutkonun ad günüdür, onu bu münasibətlə təbrik edirəm, - RF prezidenti deyib. - Vitaliy Leontyeviç təkcə futbol yox, ümumiyyətlə bizim idmanı beynəlxalq aləmdə təmsil edir. Bu səbədən ona ingilis dilini öyrənmək üçün kitab hədiyyə edirəm, və bu dili öyrənməkdə uğurlar arzulayıram”, - Putin deyib.

Bundan sonra Rusiya prezidenti Mutkoya hədiyyəni verib.

Qeyd edək ki, Vitaliy Mutkonun 57 yaşı tamam olub. İdman nazirinin ingilis dilində söylədiyi bir neçə cümlə onu dünyaca məşhur edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *