Azərbaycanlılar ingilis dilini “çox aşağı səviyyə”də bilirlər – REYTİNQ
EF Education First şirkəti bu gün əhalisi ingilis dilini ən yaxşı bilən ölkələrin 5-ci indeksini açıqlayıb - EF (EE EPİ) .
Oxu.Az xəbər verir ki, reytinq 910 min iştirakaçı ilə 2 müxtəlif test əsasında hazırlanıb.
Son siyahıya testi 400 vətəndaşından çox keçmiş 70 ölkənin adı daxil edilib.
Azərbaycanın bu 70 ölkə arasında indeksi 46,12% təşkil edib.
Bu nəticə ilə ölkəmiz 60-cı yerdə qərarlaşıb, və “çox aşağı səviyyə” kateqoriyasına daxil edilib.
Mənbə:> Oxu.Az