Azərbaycan UEFA-nın reytinqində 26-cı pilləyə yüksəldi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Azərbaycan UEFA-nın reytinqində 26-cı pilləyə yüksəldi

Azərbaycan UEFA-nın reytinqində 26-cı pilləyə yüksəldi


UEFA Avropa Liqasının pley-off mərhələsinin avqustun 20-də keçirilən ilk oyunlarında klublarımızın uğurlu çıxışı Azərbaycanın UEFA reytinqindəki mövqeyini yaxşılaşdırıb. Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatı 0,375 xal çoxalıb. Ölkəmiz reytinq siyahısında 54 ölkə arasında üç pillə irəliləyərək ilk dəfə olaraq 26-cı pillədə qərarlaşıb.

Oxu.Az xatırladır ki, Azərbaycanı Avroliqa turnirində təmsil edən “Qəbələ” klubu Bakıda “Panatinaikos” (Yunanıstan) ilə qolsuz bərabərliyə qalıb.

Ağdamın “Qarabağ” komandası səfərdə İsveçrənin “Yanq Boyz” kollektivi ilə qarşılaşmada 1:0 qələbə qazanıb.

Hazırda Azərbaycanın hesabında 13,250 reytinq xalı var ki, onun da 2,750 xalı cari mövsümdə qazanılıb (“Qəbələ” - 1.000, “İnter” - 0.750, “Qarabağ” - 0.750, “Neftçi” - 0.250).

Təmsilçilərimizin təsnifat mərhələsindəki qələbəsi Azərbaycana 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır.

Azərbaycan avrokuboklarda təmsilçisi qalmayan Bolqarıstan və Sloveniyanı, həmçinin klublarının turnirdə çıxışlarını davam etdirdiyi Serbiyanı qabaqlamağa nail olub.

Qeyd edək ki, qonşu Gürcüstan 8,125 reytinq xalı ilə 36-cı pillədə, Ermənistan isə 4,125 reytinq xalı ilə 54 ölkə arasında 48 yerdə qərarlaşıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *