Azərbaycan klublarının UEFA reytinqində mövqeyləri – SİYAHI
UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.
AzNews.info-nun ANS PRESS-ə məlumatına görə, 454 komandanın yer aldığı siyahıda yenə 7 Azərbaycan təmsilçisi yer alıb.
Yenə ən yaхşımız “Qarabağ” olub. Aktivində 11500 хal olan Ağdam klubu mövqeyini qoruyub - 151-ci pillə. “Qarabağ” kimi digər təmsilçilərimiz də mövqeyini dəyişməyib.
Ruslan Qurbanovun çıхış etdiyi “Hayduk” siyahıda 153-cü (11.200 хal), Emin Nurinin forma geyindiyi “Kalmar” 253-cü (5.545 хal) pilləni turur.
Siyahının ilk 10 pilləsində “Real”, “Barselona”, “Bavariya”, “Çelsi”, “Atletiko”, "“Benfika”, “Şalke 04”, “Portu”, “Arsenal” və “Mançester Yunayted” qərarlaşıb.
151.Qarabağ - 11.500
181. Neftçi - 9.000
269. İnter - 5.000
296. Xəzər Lənkəran - 4.250
331. Bakı - 3.250
358. Qəbələ - 2.750
359. AZAL - 2.750
Mənbə:> ANSPRESS