Dünyanın ən yaxşı oyuncağı » AzNews.info -Xəbər portalı

Dünyanın ən yaxşı oyuncağı

Dünyanın ən yaxşı oyuncağı


“Lego” konstruktoru “Monopoliya” oyununu və “Action Man” kuklalarını ötərək dünyada ən yaxşı oyuncaq kimi qəbul edilib.

Müvafiq reytinq "ToyNews" portalı tərəfindən oyuncaq istehsalçıları və bu sənayenin digər peşəkarlarından sorğu əsasında tərtib edilib.

İlk onluğun yuxarı sırasına yarış maşınları və "Scalextric" də daxil edilib. Beşinci yerdə "Subbuteo" stolüstü oyunu, altı və yeddinci yerləri müvafiq olaraq "Rubik kubu" və "Ulduz müharibələri" oyuncaqları tutub. Onluğu "Matchbox", Barbi kuklası və oyun kartları tamamlayıb.

Qeyd edək ki, "Lego" müxtəlif formalı əşyaları yığmaq və modelləşdirmək üçün hissələr dəstindən ibarət oyuncaqlar seriyasıdır. Konstruktor baş ofisi Danimarkada yerləşən "Lego Group" şirkətlər qrupu tərəfindən 1949-cu ildən istehsal olunur. O vaxtdan "Lego" film istehsalı, oyuncaqlar, müsabiqələr, eləcə də altı tematik əyləncə parkı açmaqla fəaliyyət dairəsini genişləndirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *