Paytaxtda yarış keçirildi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Paytaxtda yarış keçirildi

Paytaxtda yarış keçirildi


Ötən gün paytaxtımızda Bakı-2015 İlk Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi növü üzrə sınaq yarışı keçirilib.

ANS PRESS-in federasiyadan aldığı məlumata görə, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən yarış dağ velosipedi parkında baş tutub.

Birgünlük yarış çətinlik dərəcəsinə görə Beynəlxalq Velosipedçilər İttifaqının 3-cü kateqoriyasına layiq görülüb. Sınaq turnirində 10 ölkədən 8 qadın və 19 kişi idmançı iştirak edib və onlar Beynəlxalq Velosipedçilər İttifaqının reytinq siyahısına əsasən xüsusi dəvətlə seçilib. Azərbaycan yığma komandası yarışda 3 kişi velosipedçi ilə - Aqşin İsmayılov, Murad Sultanov və Orxan Məmmədovla təmsil olunub.

Qadın velosipedçilər uzunluğu 4,1 km olan zolaq boyunca 6 dövrə vurublar. Məsafəni hamıdan tez qət edən Ukrayna təmsilçisi Yana Belomoyna 1 saat, 24 dəqiqə, 46 saniyə göstərici ilə finişi 1-ci keçib. Sonrakı 2 yeri İsveçrə idmançıları Katrin Stirnemann və Linda İnderqand tutub - onlar çempiona müvafiq olaraq 1 dəqiqə, 13 saniyə və 6 dəqiqə, 35 saniyə uduzublar.

"Yol yaxşı, təşkilatçılıq isə olduqca yüksəkdir. Sadəcə, bü gün küləkli hava müəyyən problemlər yaratdı. Amma özümü yaxşı hiss edirdim" - deyə, sınaq yarışının qalibi Yana Belomoyna bildrib. Ukraynalı velosipedçi bu qalibiyyətinin onun üçün 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları öncəsi əla stimul olacağını deyib: "Avropa Oyunlarına daha yaxşı hazırlaşacam. Artıq yolu tanıyır, iqlimə bələdəm. Düzdür, ola bilsin, gələn il marşrut bir az dəyişsin, amma mən hər şeyə hazır olacam".

Kişi velosipedçilər isə qadınlarla müqayisədə bir dövrə artıq məsafə qət ediblər. Üstəlik, onların marşrutu qadınlarla müqayisədə daha çətin olması ilə yadda qalıb. Elə startdanca liderliyi ələ alan İsveçrə idmançıları Martin Fanqer və Mark Ştuzmann sonadək bu üstünlüyü əldə saxlayıblar. Fanqer 1 saat, 37 dəqiqə, 52 saniyə göstərici ilə finişi birinci keçib. Ondan 42 saniyə geri qalan Ştuzmann 2-ci yeri tutub. İlk üçlüyü isə yunanıstanlı Dimitrios Antoniadis tamamlayıb - 1 saat, 41 dəqiqə, 50 saniyə.

"Bakı turnirində uğur qazandığım üçün çox sevinirəm. Yüksək təşkilatşılıq və maraqlı marşrut bu yarışın əsas xüsusiyyətləri kimi mənim yaddaşımda qalacaq. Sərt döngələr və enmə ilə yanaşı, külək də müəyyən problemlər yaratsa da, çətinliyin öhdəsindən gələ bildim" - deyə, sınaq yarışının qalibi Martin Fanger bildirib.

Sınaq yarışında iştirak edən Azərbaycan idmançılarının nəticələrinə gəlincə, Aqşin İsmayılov 14-cü, Orxan Məmmədov 18-ci, Murad Sultanov isə 19-ci yeri tutub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *