Putin Rusiya idmançılarını təbrik etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Dünya

Putin Rusiya idmançılarını təbrik etdi

Putin Rusiya idmançılarını təbrik etdi


Rusiya prezidenti Vladimir Putin Rusiya yığmasını Bakı-2015 ilk Avropa Oyunlarında qazanılan qələbə münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Olimpiya komitəsinin rəsmi saytı məlumat yayıb.

“Siz ölkə idman tarixinə yeni parlaq səhifə yazdınız. Yarışlar çox gərgin keçdi. Uğur yalnız ustalıqdan deyil, həmçinin psixoloji dözüm, komanda həmrəyliyi və iradə gücündən asılıdır. Siz bu keyfiyyətləri tamamilə nümayiş etdirə bildiniz. Birlikdə siz sübut etdiniz ki, bizim yığmamızın çox böyük potensialı var. Əminəm ki, bu “Rio 2016” Yay Olimpiya Oyunları üçün təminatdır”, - Vladimir Putinin təbrikində deyilir.

Qeyd edək ki, Rusiya yığması Avropa Oyunlarının qalibi adını sona 3 gün qalmış təmin Şimal qonşularımızın hesabında 161 medal var - 78 qızıl, 40 gümüş və 43 bürünc.

12 iyun tarixində başlayan ilk Avropa Oyunları, bu gün, 28 iyun tarixində başa çatacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *