İlk Avropa Oyunlarının medal CƏDVƏLİ
Bakıda ilk Avropa Oyunlarının geridə qalmış 15 gününün yekunlarına görə, Azərbaycan medal sayına görə ikincidir.
Oxu.Az xəbər verir ki, yığmamızın üzvləri dünən 3 qızıl, 3 bürünc əldə ediblər.
Bununla, millimizin aktivindəki medalların sayı 46-ya çatıb.
Bununla, millimizin aktivindəki medalların sayı 52-yə çatıb. Təmsilçilərimiz arxada qalan 15 gün ərzində 18 qızıl, 14 gümüş və 20 bürünc mükafata yiyələnib. Bu nəticə ilə millimiz qeyri-rəsmi komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyur.
Reytinq cədvəlinə əvvəlki kimi Rusiya başçılıq edir - bu ölkənin idmançıları 69 qızıl, 34 gümüş və 36 bürünc medala yiyələniblər. 16 qızıl, 8 gümüş və 16 bürünc medala yiyələnən Böyük Britaniya millisi dünən ələ keçirdiyi 3-cü pillədəki mövqeyində qalıb.
Oyunların 15-ci günü 2 ölkə üçün əlamətdar olub. Bu günə qədər qızıl medalı olmayan Gürcüstan və İsrail ilki rəsmiləşdirərək, çempionluq əldə ediblər. Bununla Avropa Oyunlarında himni səslənən ölkə sayı 28-ə çatıb.
Mənbə:> Oxu.Az