Azərbaycan samboçuları dörd gümüş medal qazandılar » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Azərbaycan samboçuları dörd gümüş medal qazandılar – YENİLƏNİB

Azərbaycan samboçuları dörd gümüş medal qazandılar


Azərbaycan samboçusu Vasif Səfərbəyov Avropa Oyunlarının gümüş medalını qazanıb.

Oxu.Az xəbər verir ki, həlledici görüşdə həmyerlimiz rusiyalı Artyom Osipenkoya məğlub olaraq gümüş medalla kifayətlənib.

Osipenko təmiz qələbə sayəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

20:32

Azərbaycan samboçusu Amil Qasımov da (74 kq) Avropa Oyunlarının gümüş medalını qazanıb.

Oxu.Az xəbər ki, həlledici görüşdə həmyerlimiz Belorusiya təmsilçisi Stepan Papova uduzub.

Xatırladaq ki, bundan əvvəl Nəzakət Xəlilova (52 kq) və İslam Qasımov (57 kq) da Oyunların gümüş mükafatını qazanmışdırlar.

Azərbaycanın hesabında 14 qızıl, 10 gümüş və 14 bürünc medal var.

19:47

Azərbaycan samboçusu İslam Qasımov Avropa Oyunlarının gümüş medalını qazanıb.

Oxu.Az xəbər verir ki, həlledici görüşdə həmyerlimiz rusiyalı Aymerqen Atkunova məğlub olub (0:1) və o, gümüş medalla kifayətlənib.

Xatırladaq ki, bundan əvvəl qadın samboçumuz Nəzakət Xəlilova (52) da gümüş medal qazanmışdır.

Azərbaycanın hesabında 14 qızıl, 9 gümüş və 14 bürünc medal var.

19:27

Bakı-2015 Avropa Oyunlarında sambo yarışları keçirilir.

Oxu.Az xəbər verir ki, qadın samboçularımızdan 52 kq-dək çəki dərəcəsində çıxış edən Nəzakət Xəlilova qızıl medal uğrunda final görüşündə Rusiya samboçusu Anna Xaritonova ilə qarşılaşıb.

Təəssüf ki, samboçumuz rusiyalı rəqibinə 0:5 hesabı ilə məğlub olub və gümüş medalla kifayətlənib.

Bu, yığmamızın Avropa Oyunlarında qazandığı 36-cı mükafat olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *